Bank Of Baku

Rəsmi Tehran Trampa cavab verib: Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanır və açılır

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi

© APA | İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi

# 15 avqust 2026 10:19 (UTC +04:00)

İran təhdiddən qorxmur və güc nümayişi qarşısında geri çəkilmir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyi barədə açıqlamasına “X” sosial şəbəkəsində cavabında yazıb.

"Tramp İranı məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. Hörmüz boğazını təyyarədaşıyan gəmi ilə, seçkiqabağı çıxış yolu ilə ələ keçirmək olmaz. İran nə təhdidlərdən, nə də güc nümayişlərindən qorxur", - Qəribabadi vurğulayıb.

O, ABŞ-ı birdəfəlik reallığı qəbul etməyə çağırıb: "Həqiqəti birdəfəlik qəbul edin: Bu günə qədər ağır strateji məğlubiyyətlərə uğradınız. Hörmüz boğazı İrana məxsus olub, bu, belə də qalır və belə də qalacaq.

Bu boğaz yalnız İranın təlimatlarına uyğun olaraq açılıb bağlanacaq. Məğlubiyyət reallığını qəbul etmədiyiniz və xəyal qurmağı dayandırmadığınız müddətcə İran blokadanı tətbiq etməyə davam edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR