ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İranla münaqişə zamanı Vaşinqtona dəstək verməkdən imtina etdiyini və ABŞ-ın bunu unutmadığını bildirib.
APA xəbər verir ki, Tramp digər ölkələrin yardıma ehtiyac duyduqda ABŞ-a müraciət etdiyini, lakin Vaşinqtonun hər zaman onlara kömək etmədiyini vurğulayıb.
“NATO da bizi dəstəkləmədi. Biz onilliklər ərzində bu qədər böyük ödənişlər etmişik. Biz onlardan “Bizə kömək edə bilərsinizmi?” deyə soruşduq, onlar isə “Bunu etməməyi üstün tutardıq” cavabını verdilər. Amma biz bunu xatırlayırıq”, – Tramp deyib.
Qeyd edək ki, Vaşinqton bundan əvvəl də ABŞ və İsrailin İranla müharibəsi zamanı Avropadakı bəzi NATO müttəfiqlərinin mövqeyini tənqid edib.