Bank Of Baku

Ukrayna ordusu Rusiyada zavod, HHM sistemləri və sursat anbarlarını dronla vurub

Yefremov sintetik kauçuk zavodu

© APA | Yefremov sintetik kauçuk zavodu

# 24 dekabr 2025 16:47 (UTC +04:00)

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən kauçuk zavoduna, Krımda pilotsuz katerlərin saxlanma yerlərinə, Luqansk vilayətində sursat anbarına, hava hücumundan müdafiə obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbəyə məruz qalmış Yefremov sintetik kauçuk zavodunun məhsulları plastik partlayıcı maddələr və bərk raket yanacağı istehsalında istifadə olunur. Zərbə nəticəsində zavodda güclü yanğın başlayıb.

Səhər saatlarında Rusiyanın Saratov şəhəri yaxınlığında yerləşən neftayırma zavodunun da dron hücumuna məruz qaldığı haqda məlumat yayılıb. Zərbə nəticəsində zavod ərazisində güclü yanğının görüntüləri sosial mediada yayımlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR