Bank Of Baku

Ukrayna ordusu Rusiyanın çox sayda texnikasını məhv edib

Ukrayna ordusu Rusiyanın çox sayda texnikasını məhv edib
# 14 avqust 2023 02:43 (UTC +04:00)

Ukrayna ordusu Tavriya istiqamətində 12 nəfəri əsir götürüb, daha 257 rus hərbçisini məhv edib və yaralayıb.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski bildirib.

Onun sözlərinə görə, "Ukraynanın müdafiə qüvvələri işləyir və irəliləyir".

“Ötən sutka ərzində düşmən itkisi öldürülən, yaralanan və əsir götürülən 269 nəfər (ölü - 81, yaralı - 176, əsir - 12) təşkil edib. Düşmənin 15 hərbi texnikası - 1 tank, 2 zirehli döyüş maşını, 3 artilleriya sistemi və minaatan, 9 maşın və 1 ədəd xüsusi texnika məhv edilib.

Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarı və komanda-müşahidə məntəqəsi də dağıdılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR