Bank Of Baku

Ukrayna Qara dənizdə Rusiyanın “Moskva” kreyserini vurub

Ukrayna Qara dənizdə Rusiyanın “Moskva” kreyserini vurub
# 14 aprel 2022 04:02 (UTC +04:00)

Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.

APA xəbər verir ki, bu barədə Odessa hərbi adminstrasiyasının rəhbəri Maksim Marçenko bildirib.

“Biz təsdiq edirik ki, “Moskva” kreyserini sərhədçilərimiz raketlə vurub. İki raket hədəfə dəyib, kreyserdə yanğın baş verib”, - deyə Marçenko bildrib.

M. Marçenkonun sözlərinə görə, kreyserdə desant və ekipaj üzvləri olmaqla, 510 nəfər var.

Hadisə ilə bağlı Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserində yanğın olduğunu bildirib.

Qeyd olunub ki, yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib. Nazirlik gəmidəkilərin təxliyə olunduğu bildirib.

“Moskva” Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə flaqmanı və ən güclü silahlandırılmış gəmisi sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR