Bank Of Baku

Ukrayna-Slovakiya sərhədində yük maşınlarının 16 kilometrlik növbəsi yaranıb

Ukrayna-Slovakiya sərhədində yük maşınlarının 16 kilometrlik növbəsi yaranıb
# 11 noyabr 2023 07:02 (UTC +04:00)

Ukrayna ilə sərhədin Slovakiya tərəfində Vışne Nemetske keçid məntəqəsinin qarşısında yük maşınlarının növbəsi yaranıb. Bu, Polşa-Ukrayna sərhədində nəqliyyat vasitələrinin keçid məntəqələrini bağlayan polşalı daşıyıcıların etirazları ilə bağlıdır.

APA-nın məlumatına görə, bu barədə Şərqi Slovakiya Polis İdarəsinin mətbuat xidməti öz Facebook səhifəsində məlumat yayıb.

Bu arada, Polşa və Ukrayna arasında sərhədi keçərkən yük daşımaları üçün gözləmə müddəti 48 saatı ötür. Polşa mətbuatının yazdığına görə, keçid məntəqəsi qarşısında yük maşınlarının növbəsinin uzunluğu 50 km-ə çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR