Bank Of Baku

Ukrayna SQ ABŞ istehsalı olan “Zuni” raketlərini qəbul edib

Zuni 5-inch Folding-Fin Aircraft Rocket

© APA | Zuni 5-inch Folding-Fin Aircraft Rocket

# 01 may 2023 14:53 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri (SQ) ABŞ istehsalı olan “Zuni” raketlərini qəbul edib.

APA xəbər verir ki, bu barədə Ukrayna SQ Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Nikolay Oleşuk “Telegram”da yazıb.

Həmçinin əlavə olunub ki, ABŞ istehsalı olan Zuni 5-inch Folding-Fin Aircraft Rocket (FFAR) raketləri artıq Ukrayna ordusunun arsenalına qəbul olunub və bir neçə Su-25 təyyarəsinə quraşdırılıb.

Qeyd edək ki, Pentaqonun mətbuat xidməti bir müddət əvvəl Ukraynaya 2,85 milyard dollarlıq yeni hərbi yardım paketi göndəriləcəyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR