İyulda yaradılmış “taxıl dəhlizi” ilə 1 milyon tondan artıq kənd təsərrüfatı məhsulu ixrac edilib.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, “taxıl dəhlizi” normal işləyir. Artıq ölkədən ixrac edilən dənli bitkilərin həcmi 1 milyon tonu ötüb. 44 gəmi ilə 15 ölkəyə yük göndərilib. Məqsəd ayda 3 milyon ton yük göndərməkdir”.