Bank Of Baku

Ukrayna Təhlükəsizlik Şurası: FTX Rusiya şəhərlərində silsilə terror aktları təşkil edəcək

Aleksiy Danilov

© APA | Aleksiy Danilov

# 23 avqust 2022 14:50 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya şəhərlərində silsilə terror aktları təşkil edəcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov "Twitter"də bildirib.
"Rusiyada müharibəyə dəstək azalır. Kremlin ictimai səfərbərliyə ehtiyacı var. FTX-nın Rusiya şəhərlərində dinc əhali arasında kütləvi itkilərlə nəticələnəcək silsilə terror aktları təşkil edəcəyi gözlənilir. Dugina bu seriyanın birincisidir. Rusiyadan fərqli olaraq, Ukrayna dinc əhali ilə müharibə aparmır", Danilov deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR