Çin rəsmisi (Çin Kommunist Partiyası siyasi bürosunun üzvü) Van İ ilə müzakirəmiz oldu. Cənab İ Çinin sülh planı olduğunu bildirdi.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba NATO Baş katibi Yens Stoltenberq və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell ilə birgə mətbuat konfransında bildirib.
“Təbii ki, sözlər kifayət deyil. Biz bu planla bağlı mətni gözləyirik. Çinin sülh planının mətnini əldə etdikdən sonra öz şərhimizi verəcəyik”, - o vurğulayıb.