Bank Of Baku

Ukrayna XİN: Hələ heç bir ölkə Ukraynaya döyüş təyyarələri vəd etməyib

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 17 fevral 2023 12:22 (UTC +04:00)

Hələ heç bir ölkə Ukraynaya döyüş təyyarələri vəd etməyib.

APA xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba Almaniyanın “Westdeutsche Allgemeine Zeitung-WAZ” nəşrinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, buna baxmayaraq, bəzi ölkələr, xüsusən də Böyük Britaniya Ukrayna pilotlarına Qərb qırıcı təyyarələri üzrə təlim keçdiyini bəyan edib.

Kuleba əlavə edib ki, digər ölkələrin də tezliklə eyni addımı atacağına əmindir: “Ukraynanı ilk növbədə ABŞ, Böyük Britaniya, Almaniya və Fransa istehsalı olan qırıcı təyyarələr maraqlandırır. Bu ölkələr ən yüksək istehsal gücünə və ən böyük aviasiyaya malikdir”.

XİN rəhbərinin sözlərinə görə, qırıcı təyyarələr Ukraynaya təkcə əks-hücuma deyil, həmçinin hava hücumundan müdafiəni gücləndirməkdə kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR