Bank Of Baku

Ukrayna-Xorvatiya minatəmizləmə sahəsində saziş imzalayıb

Ukrayna-Xorvatiya minatəmizləmə sahəsində saziş imzalayıb
# 11 oktyabr 2023 06:18 (UTC +04:00)

Ukrayna ilə Xorvatiya arasında minalardan təmizləmə sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu barədə sazişi Ukraynanın baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko ilə Xorvatiyanın daxili işlər naziri Davor Bozinoviç imzalayıb.

"Ukrayna ilə Xorvatiya minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar", - nazirliyin saytında deyilir.

Müqavilədə mütəxəssislərin hazırlanması, minatəmizləmə avadanlığının istehsalı üzrə imkanların inkişaf etdirilməsi və axtarış itlərinin öyrədilməsi sahəsində təcrübə mübadiləsini, əhalinin marifləndirilməsini nəzərdə tutulur.

Sviridenkonun sözlərinə görə, ölkəsi minatəmizləmə sahəsində artıq Xorvatiya avadanlıqlarından istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR