Ukraynanın bütün vilayətlərində hava həyəcanı siqnalı verilib.
APA xəbər verir ki, bu barədə “Strana” nəşriyyatı məlumat yayıb.
Həmçinin o da qeyd olunur ki, Kiyev vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti təcili bildirişlər yayır.
Bildirişlərdə deyilir ki, gün ərzində partlayışların baş vermə ehtimalı çox yüksəkdir. Dövlət xidməti vətəndaşları sığınacaqlarda qalmağa və hava həyəcanı siqnalını ciddi qəbul etməyə çağırıb.