Bank Of Baku

Ukraynada keçmiş nazir müavini korrupsiya ittihamı ilə həbs edilib

Vasiliy Lozinski

© APA | Vasiliy Lozinski

# 17 fevral 2023 17:29 (UTC +04:00)

Ukrayna məhkəməsi korrupsiyada ittiham olunan keçmiş infrastruktur nazirinin müavini Vasiliy Lozinskini həbs edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Korrupsiyaya qarşı Mübarizə Mərkəzi “Telegram”da bildirib.

“Apellyasiya məhkəməsi keçmiş nazir müavini Vasiliy Lozinski barəsində həbs qərarı verib. O, 50 milyon qrivna (1.35 milyon dollardan çox) girov müqabilində həbsdən çıxa bilər”, - məlumatda deyilib.

Lozinski məhkəmə zalında nəzarətə alınıb. Həbs qərarı 22 mart tarixinə qədər qüvvədə olacaq.

Xatırladaq ki, Lozinski şişirdilmiş qiymətə avadanlıq alınması üçün müqavilələrin bağlanmasına köməklik göstərdiyinə görə 400 min dollar məbləğində rüşvət almaqda ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR