Ukraynanın energetika nazirinin müavini 500 min dollar rüşvət alması ittihamı ilə tutulub.
APA xəbər verir ki, bu məlumatı TASS yayıb.
Bildirilib ki, adı çəkilən ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırması nəticəsində o bir sıra dövlət müəssisələrinin rəhbərlərinə Lvovsk-Volınsk kömür mədənindən qeyri-qanuni istifadə imkanının yaradılacağı və bunun üçün zəruri avadanlıqların veriləcəyini vəd edərək, onlardan külli-miqdarda rüşvət alıb.
Nazirlikdən informasiyanı təsdiqləsələr də, həbs olunan şəxsin adı açıqlanmayıb. O da qeyd edilib ki, artıq nazir müavininin işdən çıxarılması haqqında əmr imzalanıb.