Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində 11 nəfər həlak olub və 87 nəfər xəsarət alıb.
APA UNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna polisinin rəhbəri İqor Klimenko məlumat verib.
“Rusiya raketləri 11 nəfərin həyatına son qoyub. Onların arasında 41 yaşlı polis polkovniki də var. Raket atəşi nəticəsində 87 nəfər də xəsarət alıb” – deyə o əlavə edib.
Ümumilikdə, raket zərbələri nəticəsində dağılmış 70 obyektin içində 4 hündürmərtəbəli bina, 39 fərdi yaşayış evi və məktəb var.
“Hadisə baş vermiş yerlərdə 80 əməliyyat-istintaq qrupu çalışır. Hərbi cinayətlərin sənədləşdirilməsi üçün kriminalistik laboratoriyalar işə cəlb edilib” – Klimenko bildirib.
***
15:02
Rusiyanın Ukraynanın 8 vilayətinə və paytaxt Kiyevə raket zərbələri zamanı ölənlərin sayı 9-a, yaralı sayı 36 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti "Telegram"da bildirib.
Zərbələrin əsasən, infrastruktur obyektlərinə endirildiyi bildirilib. Hazırda ərazidə dağıntı və yanğınların aradan qaldırılması üçün 120-dən çox insan və minə qədər xüsusi texnika cəlb olunub.
***
12:00
Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov açıqlama verib.
***
10:58
Kiyevin mərkəzinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib.
Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.
***
10:17
Kiyevin mərkəzində bir neçə partlayış olub.
APA Tsn.ua-ya istinadən xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Şevçenko rayonunda ardıcıl bir neçə partlayış olub.
Şəhər meri Vitali Kliçko bütün dövlət xidmətlərinin ərazidə çalışdığını, detalların açıqlanacağını deyib. Hadisə şahidləri yollarda avtomobillərin yandığını bildirib.
Fövqəladə Hallar üzrə Ukrayna Dövlət Xidməti hadisə zamanı ölənlərin və yaralananların olduğunu deyib.
***
09:57
Kiyev şəhərinin mərkəzində partlayış olub.
APA UNİAN-a istinadən xəbər verir ki, səhər saatlarından Hava Hücumundan Müdafiə siqnalı verilib və partlayış səsləri eşidilib.
Şəhər meri Vitali Kliçko hadisəni təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.
***
09:52
Ukraynanın paytaxtı Kiyevdə 3 böyük partlayış olub.
APA NTV-yə istinadən xəbər verir ki, şahidlər partlayışdan sonra şəhərdə tüstü müşahidə ediblər.