Ukraynada yaşayış binasına raket düşüb, xəsarət alanlar var

Ukraynada yaşayış binasına raket düşüb, xəsarət alanlar var
# 15 avqust 2023 11:57 (UTC +04:00)

Ukraynanın bir çox əraziləri, o cümlədən Lvov vilayəti Rusiya ordusu tərəfindən raket atəşinə tutulub, yaralananlar var.

APA xəbər verir ki, bu barədə Lvov vilayətinin Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri ölkə ərazisinə atılan raketlərin böyük qismini zərərsizləşdirə bilsə də, Lvovda bir neçə yaşayış binası vurulub.

Hadisə nəticəsində ümumilikdə 15 nəfər yaralanıb və xəsarət alanların arasında 10 yaşlı uşaq da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR