“The New York Times” qəzeti Ukraynanın enerji sisteminin ölkədə yaranmış anomal istilər səbəbilə çökə biləcəyini yazıb.
APA xəbər verir ki, qəzet elektrik enerjisinin kütləvi kəsilməsinin qışda gözlənilənlərin xəbərçisi olduğunu yazıb. Çünki Ukraynanın qış başlamazdan əvvəl zədələnmiş elektrik stansiyalarını bərpa etməyə vaxtı olmayacaq.
Nəşrin qeyd etdiyi kimi, Ukraynanın əksər hissəsində 40 dərəcə isti müşahidə olunub ki, bu da kondisionerlərin və soyutma qurğularının istifadəsi səbəbindən enerji istehlakının əhəmiyyətli dərəcədə artmasına və elektrik şəbəkəsinin həddindən artıq yüklənməsinə səbəb olub.
Qeyd olunur ki, Kiyev hakimiyyəti mövcud vəziyyətlə əlaqədar olaraq bütün ölkə ərazisində elektrik enerjisinin verilməsində fasilələr tətbiq edir və həmçinin Avropa İttifaqının rəhbərliyi ilə elektrik enerjisi idxalına qoyulan məhdudiyyətlərin ləğvi ilə bağlı danışıqlar aparır.
Bundan əlavə, Ukrayna Qərb ölkələrindən köhnə elektrik stansiyalarından qalan ehtiyat hissələrini təmin etməyi tələb edir.