Bank Of Baku

Ukraynanın keçmiş prezidentinə və müdafiə nazirinə sanksiya tətbiq edilib

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 12 oktyabr 2022 23:16 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, qərar artıq qüvvəyə minib.

Qərara əsasən 4 nəfərə sanksiya tətbiq edilib. Siyahıya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç, keçmiş müdafiə naziri Pavel Lebedev, media maqnatı Sergey Kurçenko və rusiyalı iş adamı Sergey Deripaska daxildir.

10 qüvvədə olacaq sanksiya çərçivəsində onların Ukraynadakı aktivləri bloklanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR