Bank Of Baku

Ukraynanın Nikopol şəhərinə 100-dən çox mərmi atılıb, yaralananlar var

Ukraynanın Nikopol şəhərinə 100-dən çox mərmi atılıb, yaralananlar var
# 12 oktyabr 2022 09:34 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Nikopol şəhərini mərmi atəşinə tutub, yaralananlar var.

APA UNN-a istinadən xəbər verir ki, bunu Dnepropetrovsk vilayətinin başçısı Valentin Rezniçenko deyib.

Rezniçenkonun sözlərinə görə, 100-dən çox mərmi atılıb, yaralananlar var.

Həmçinin, o da əlavə olunub ki, mərmilərdən biri yaşayış evlərindən birinin üzərinə düşüb. Bu zaman evdə olan 6 yaşlı uşaq və anası yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, qadının vəziyyəti ağırdır.

“Şəhərdə 30-dan çox hündür mərtəbəli bina və yaşayış evi dağıdılıb, qaz boruları, elektrik enerjisi xətləri sıradan çıxıb” – deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR