Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “UNİAN” deputat Yaroslav Jeleznyaka istinadən xəbər yayıb.
Onun sözlərinə görə, qərarın lehinə 258 deputat səs verib.
Qeyd edək ki, Olqa Stefanişina da yeni ədliyyə naziri vəzifəsinə təyin edilib. O eyni zamanda hökumət başçısının Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini vəzifəsinin də icrasını davam etdirəcək.
***
15:18
Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə “unian”a deputat Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, 258 deputat A. Sibiqanın namizədliyini təsdiqləyib.