Bank Of Baku

Ukraynaya hücum bir neçə istiqamətdən olub

Ukraynaya hücum bir neçə istiqamətdən olub
# 24 fevral 2022 10:16 (UTC +04:00)

Ukraynaya hücum bir neçə istiqamətdən eyni vaxtda başladılıb.

APA-nın xəbərinə görə bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, səhər saat 5 radələrində Rusiya qoşunları Rusiya və Belarus sərhədindən, eləcə də Krım Muxtar Respublikası istiqamətindən hücuma keçib.

Hücumların Ukraynanın şimal və şərq sərhədinə yaxın ərazilər olan Luqansk, Sumı, Xarkov, Çerniqov, Jitomir şəhərlərində həyata keçirildiyi bildirilib. Məlumata görə, Ukraynanın sərhəd bölmələri, sərhəd patrulları və gömrük-buraxılış məntəqələri top atəşinə tutulurlar. Məlumatda qeyd olunub ki, vəziyyətdən asılı olaraq Ukraynanın Silahlı Qüvvələri və Milli Qvardiyası cavab atəşi açır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR