Ukraynaya idxal edilən energetika avadanlıqları ƏDV-dən azad edilib

Ukraynaya idxal edilən energetika avadanlıqları ƏDV-dən azad edilib
# 16 iyul 2024 15:54 (UTC +04:00)

Ukraynaya idxal edilən energetika sahəsində istifadə üçün nəzərdə tutulmuş avadanlıqlar əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

APA-nın “insider.ua”ya istinadən xəbərinə görə, Ali Rada bununla bağlı qanunu təsdiqləyib.

Eyni zamanda minatəmizləmə fəaliyyəti üçün nəzərdə tutulan cihazlar da idxalına görə vergi ödənilməyən avadanlıqların siyahısına daxil edilib.

Sənəddə göstərilib ki, elektrik generatorları, külək və günəş enerjisi avadanlıqları, akkumulyatorlar (aşağı faizli gərginliyə malik akkumulyatorlar istisna olmaqla), o cümlədən texniki kəşfiyyat fəaliyyətinin qarşısının alınmasında istifadə edilən cihazlar bundan sonra ƏDV ödənilməyən avadanlıqlar hesab ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR