ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynaya Almaniya istehsalı “Leopard 2” tankları tədarük edəcək ölkələrin adlarını açıqlayıb.
APA xəbər verir ki, Lloyd Ostin Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimaka və Niderlandın Ukraynaya “Leopard 2” tanklarının tədarük edilməsi ilə bağlı birgə fəaliyyət göstərdiyini açıqlayıb.
Müdafiə naziri əlavə edib ki, ABŞ, Çexiya və Niderland Ukraynaya 90-dan çox T-72 tankının tədarük edilməsi üçün birgə işləyir. Bundan başqa Polşa da Ukraynanın T-72 tankları ilə təmin edilməsi ilə bağlı qərar qəbul edib.
Birləşmiş Krallıq isə Ukraynaya “Challenger” döyüş tanklarını göndərir.