Rusiyanın yanvarın 23-də Ukraynaya hücumu nəticəsində 5 nəfər həlak olub, ən azı 40 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko Telegramda bildirib.
Paytaxt Kiyevə raket zərbələri nəticəsində üç rayonda bir neçə yanğın hadisəsi baş verib. Bir nəfər ölüb, mülki şəxslər xəsarət alıb. Mülki infrastruktura ziyan dəyib.
Eyni zamanda, Kiyev vilayətində 3 nəfər xəsarət alıb.
Dnepropetrovsk vilayətində də bir nəfər həyatını itirib, bir nəfər yaralanıb.
İlkin məlumata görə, Xarkovda 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
***
10:43
Kiyevdə partlayışlar nəticəsində şəhərin iki rayonunda 9 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.
O, xəsarət alanlardan 8-nin xəstəxanaya yerləşdirildiyini vurğulayıb.
***
09:39
Kiyevdə ard-arda partlayışlar olub, hava hücumundan müdafiə sistemi işə düşüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası bildirib.
"Kiyevdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalın", - administrasiyanın Telegram kanalında deyilir.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edildiyi vurğulanıb.