Bank Of Baku

Ursula von der Leyen Rumıniya və Bolqarıstanı dərhal Şengen zonasına qəbul etməyə çağırıb

Ursula von der Leyen Rumıniya və Bolqarıstanı dərhal Şengen zonasına qəbul etməyə çağırıb
# 13 sentyabr 2023 12:54 (UTC +04:00)

Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen Aİ ölkələrini Rumıniya və Bolqarıstanı dərhal Şengen zonasına qəbul etməyə çağırıb.

APA xəbər verir ki, AK Prezidenti Ursula von der Leyen Strasburqda Avropa Parlamentinin plenar iclasında “Avropa İttifaqının vəziyyəti” mövzusunda illik çıxışı zamanı bu müraciəti səsləndirib.

AK rəhbəri Bolqarıstanla Rumıniyanın sığınacaq təqdim etmək və repatriasiya sahəsində ən yaxşı təcrübələrə sahib olduğunu qeyd edib:

“Görülən işlər sübut etdi ki, Bolqarıstan və Rumıniya bizim Şengen zonamızın bir hissəsidir. Beləliklə də, nəhayət ki, zamanı uzatmadan onları qəbul edək” – deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR