Bank Of Baku

Ursula von der Leyenlə bağlı səsvermənin vaxtı açıqlanıb

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 11 iyul 2024 15:18 (UTC +04:00)

Ursula von der Leyenin ikinci dəfə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsinə ilə bağlı səsvermənin vaxtı açıqlanıb.

APA “Politico”ya istinadən xəbər verir ki, səsvermə 18 iyul Strasburq vaxtı ilə saat 13:00-da baş tutacaq.

Avropa Parlamentinin üzvləri onun ikinci dəfə komissiyanın prezidenti olub-olmamasına qərar verəcəklər. Von der Leyenin yenidən komissiyanın prezidenti seçilməsi üçün 720 deputatdan 361-nin dəstəyinə ehtiyacı var.

Səsvermənin keçiriləcəyi tarixlə bağlı yekun qərar parlamentin ən ali rəsmilərinin iştirakı ilə keçirilən Prezidentlər Konfransında qəbul edilib.

Parlamentin gündəliyinə əsasən, Ursula von der Leyen saat 09:00-da bəyanatla çıxış edəcək. Daha sonra isə saat 11:00-dək debat keçiriləcək. Səsvermənin nəticəsi 14:45-də elan olunacaq.

Leyen 361 səs toplaya bilməsə, Aİ ölkələrinin liderləri başqa namizəd təqdim etməli olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR