Bank Of Baku

Vaşinqton qarşıdakı 5 ayı Ukraynanın müharibədə vəziyyəti dəyişmək üçün son real şansı hesab edir

Vaşinqton qarşıdakı 5 ayı Ukraynanın müharibədə vəziyyəti dəyişmək üçün son real şansı hesab edir
# 18 may 2023 18:58 (UTC +04:00)

“Sentyabr ayına qədər Ukrayna əhəmiyyətli irəliləyiş göstərməsə o zaman onları danışıqlara cəlb etmək üçün Qərbə beynəlxalq təzyiq çox böyük olacaq”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu adının açıqlanmasını istəməyən avropalı rəsmilərdən biri “The Times”a bildirib. Bildirilib ki, əgər əks-hücum onları darmadağın edərsə, eyni şey Rusiya üçün də keçərlidir.

Məqalədə qeyd edilib ki, Ukrayna məsələsində ABŞ-la müntəzəm təmasda olan bəzi müttəfiqlər bildirir ki, Vaşinqton qarşıdakı 5 ayı münaqişənin nəticəsi və Kiyevin yerdə vəziyyəti dəyişmək üçün son real şansı üçün kritik hesab edir:

“Rəsmilərdən bəziləri BMT Baş Assambleyasının və G20 liderlərinin zirvə toplantısının sentyabrın əvvəlində ardıcıl olaraq baş tutmasını, hər iki tərəfin masaya gəlmək üçün böyük təzyiq altında qalacağı iki mühüm diplomatik hadisə kimi qeyd edirlər”,- deyə məqalədə bildirilib.

Lakin Qərb rəsmiləri həm də ümid edirlər ki, Ukraynanın misli görünməmiş NATO standartlı silah təchizatı ilə dəstəklənən əks-hücum əməliyyatı Putini hansısa formada sülh şərtlərini müzakirə etməyə məcbur edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR