Bank Of Baku

Vəkil: “Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər”

Vəkil: “Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya oluna bilər”
# 20 may 2019 19:51 (UTC +04:00)

Rusiyada blogger və jurnalist kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi gün məlum olub.

Bu barədə ONA-nın Moskva müxbirinə vəkil Elman Paşayev məlumat verib.

Onun sözlərinə görə, Fuad Abbasovun mayın 28-də Azərbaycana göndərilməsi mümkündür: "Fuad Abbasovun deportasiya olunması haqqında məhkəmə qərarı mayın 26-da qüvvəyə minəcək. Qüvvəyə minəndən sonra isə həftədə iki dəfə miqrantlar ölkələrinə etap olunur. Fuadın Azərbaycana etap olunması da mayın 28-nə düşür. Lakin Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Fuadın etapı tezləşdirilə bilər".

Qeyd edək ki, vəkil bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində Fuad Abbasovla görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR