Bank Of Baku

Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır

Venesuela XİN: Maduro müxalifətlə danışıqlara hazırdır
# 08 aprel 2019 23:00 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro ölkənin müxalifət nümayəndələri ilə danışıqlar masasına oturmağa hazırdır.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirib.

“Maduro və onun hökuməti gözləyir ki, müxalifət xalqa hörmət edəcək və qısa zamanda danışıqlara başlayacaq”, - Arreasa belə deyib.

O, həmçinin Venesuela müxalifətinin “ABŞ asılılığı”ndan qurtulacağına ümidlə yanaşdığını da bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR