Rusiya Prezidenti Vladimir Putin Böyük Britaniyaya səfir təyin edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Prezidentin sərəncamı ilə Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Andrey Kelin bu posta təyin olunub.
Andrey Kelin 2015-ci ildən Rusiya XIN-in Avropa ilə Əməkdaşlıq Departamentinin direktoru vəzifəsində çalışıb. O, 2011-2015-ci illərdə Rusiya Federasiyasının Vyanadakı ATƏT yanında Daimi Nümayəndəliyin rəhbəri olub.
Qeyd edək ki, 2011-ci ildən Rusiyanın Böyük Britaniyada səfiri olan Aleksandr Yakovenko bu il vəzifəsindən azad edilib.