Bank Of Baku

Von der Leyen: Kreml hərbi sahəyə bütün Avropadan daha çox vəsait xərcləyir

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 11 mart 2025 12:33 (UTC +04:00)

Kreml hərbi sahəyə bütün Avropadan daha çox vəsait xərcləyir.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen Avropa Parlamentindəki çıxışında bildirib.

“Putin dəfələrlə sübut edib ki, o, düşmən qonşudur və ona etibar edilə bilməz. Onu yalnız çəkindirmək olar”, - Ursula von der Leyen qeyd edib.

Von der Leyen Avropanı müdafiə xərclərini artmağa çağırıb: “İndi illüziyalar dövrü başa çatıb. Avropanın müdafiəsi üçün artıma ehtiyacımız var”.

Onun sözlərinə görə, Avropanın qarşılaşdığı təhdidlərin dairəsi hər ötən gün daha da genişlənir: “Bu, indiki dövrdə daha təhlükəlidir, Avropa addım atmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR