Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayının vaxtı müəyyənləşib.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, partiya rəhbərliyi növbədənkənar qurultayın mayın 21-də, referendum nəticələri elan olunduqdan dərhal sonra keçirilməsi barədə qərar qəbul edib. Həmin qurultayda prezident Rəcəb Tayyib Ərdoğan AKP-nin üzvü olacaq. Növbədənkənar qurultayda Ərdoğanın sədr seçilməsi gözlənilir.