Bank Of Baku

Almaniya DIN rəhbəri: “Berlindəki insidentin terror aktı olduğu güman edilir”

Almaniya DIN rəhbəri: “Berlindəki insidentin terror aktı olduğu güman edilir”
# 20 dekabr 2016 00:32 (UTC +04:00)

Berlindəki insidentin terror aktı olduğu güman edilir.

 

APA-nın DPA agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bəyan edib.

 

“Əlimizdə olan dəlillər hadisənin terror aktı olduğuna işarə edir”, deyə de Mezyer bildirib.

 

Berlin polisi insanların üstünə sürülən yük maşınının oğurlanmış olduğunu müəyyən edib. İlkin ehtimala görə, sükan arxasında olan şəxs Əfqanıstan və yaxud Pakistan əsilli olub.

 

Qeyd edək ki, Berlində Milad yarmarkası zamanı naməlum şəxs yük maşınını insanların üzərinə sürüb və onları əzib. İnsident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR