Bank Of Baku

Almaniya hökuməti Türkiyənin Afrin əməliyyatından narahatlığını ifadə edib

Almaniya hökuməti Türkiyənin Afrin əməliyyatından narahatlığını ifadə edib
# 24 yanvar 2018 12:21 (UTC +04:00)

Almaniya hökuməti Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi kampaniya barədə məlumatları narahatlıqla izləyir.

 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer deyib.

 

O bildirib ki, Almaniya hökuməti Suriyanın ərazi bütövlüyünün qorunması ilə bağlı BMT TŞ-nin qətnaməsinə tərəfdardır.

 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin baş qərargah idarəsi Suriyanın Afrin vilayətində kürdlərə qarşı “Zeytun budağı” əməliyyatının başlandığını elan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR