Bank Of Baku

Almaniya və Fransanın xarici işlər nazirləri Ukraynaya gediblər

Almaniya və Fransanın xarici işlər nazirləri Ukraynaya gediblər
# 22 fevral 2016 14:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer və Fransanın xarici işlər naziri Jan Mark Eyro Ukraynaya səfər ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, onlar səfərdən öncə Berlin hava limanında mətbuat konfransı keçiriblər. Fransalı nazir bildirib ki, səfərin məqsədi Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirə aparmaqdır: “Bu səfər çox vacibdir. Məqsəd Avropa İttifaqı ilə qonşuluqda olan ən çətin münaqişələrdən birinin - Ukraynadakı münaqişənin həll yolunu tapmaqdır”.

 

Kiyevdə Ukrayna rəhbərliyi ilə keçiriləcək görüşlərdə Donbas münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR