Bakı. Türbət Bağırova-APA. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Bundestaqın "erməni soyqırımı"nın tanınması haqqında qətnaməsini dəstəkləyir.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Martin Şefer keçirdiyi brifinqdə bildirib.
“Ştaynmayer Bundestaqın qətnaməsini dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək”,-deyə o söyləyib.
M. Şefer həmçinin diqqətə çatdırıb ki, xarici işlər naziri deputat olduğu üçün qəbul edilən sənədin ona aidiyyəti var.
Xatırladaq ki, Bundestaq "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsini iyunun 2-də qəbul edib.