Almaniyada naməlum şəxsin insanlara atəş açması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə Visbaden şəhərində baş verib.
Silahlı şəxsin axtarışına əlavə qüvvələr və helikopter cəlb edilib. Hadisənin motivləri hələlik bəlli deyil.