Bank Of Baku

Almaniyada şagirdləri daşıyan avtobus evə çırpılıb, 48 nəfər xəsarət alıb

Almaniyada şagirdləri daşıyan avtobus evə çırpılıb, 48 nəfər xəsarət alıb
# 16 yanvar 2018 10:32 (UTC +04:00)

Almaniyanın Eberbax şəhərində şagirdləri daşıyan avtobus yaşayış evinə çırpılıb.

 

APA-nın məlumatına görə, bu barədə “Rhein Neckar Zeitung” xəbər yayıb. Hadisə nəticəsində 48 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır. Sürücü yüngül xəsarətlər alıb.

 

Hadisə səhər saatlarında baş verib. Avtobus hərəkət zolağından çıxaraq bir neçə avtomobilə dəyib və evin divarına çırpılıb. Hadisə yerində polis və təcili tibbi yardım xidməti işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR