Almaniyanın Bremen şəhərində yaşayış evində partlayış baş verib.
APA-nın xəbərinə görə, bu barədə “Bild” məlumat yayıb. Bu gün səhər saatlarında baş verən hadisə zamanı 3 nəfər ölüb. Onlardan biri 7 yaşlı uşaqdır.
Hadisənin səbəbi hələlik müəyyənləşməyib. Polis evin 100 metrliyində yaşayan əhalini evakuasiya edib.