Bank Of Baku

Ankarada dünyəvi təhsil tərəfdarlarının aksiyası zamanı yüzdən çox etirazçı saxlanılıb

Ankarada dünyəvi təhsil tərəfdarlarının aksiyası zamanı yüzdən çox etirazçı saxlanılıb
# 20 dekabr 2014 16:57 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, nümayiş təhsil işçilərinin həmkarlar ittifaqı tərəfindən “Dünyəvi təhsil və əməyə hörmət” şüarı altında təşkil olunub. Polis etirazçılara  qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

 

 

"Yatağan" meydanı yaxınlığında başlayan etiraz nümayişi şəhər strukturları ilə razılaşdırılmadığından, "Kızılay" meydanına doğru yürüş etmək istəyən kütlənin yürüşü davam etdirilməsinə imkan yaradılmayıb.

 

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası dini ekstremizm ilə mübarizədə  dini təhsilin vacib olduğunu iddia edir. Qeyd edək ki, Türkiyədə dini etika fənninin dərs proqramına əlavə olunmasının əleyhinə, əsasən, Cümhuriyyət Xalq  Partiyası çıxış edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR