Bakı-APA. Avropa Birliyi Rusiya prezidenti Vladimir Putinin məktubuna cavab hazırlayır.
APA-nın məlumatına görə, bunu Avropa komissiyasının nümayəndəsi Pia Hansen deyib.
Putinin Ukraynanın qaz borcu ilə bağlı Avropa Birliyinin passiv mövqedə dayanmasına dair iddiasının əsassız olduğunu deyən P.Hansen qeyd edib ki, Avropa komissiyası Avropa Birliyi-Rusiya-Ukrayna formatında danışıqların keçirilməsinə tərəfdardır.
“Artıq hər iki tərəfdən irəliləyiş var. Güman ki, üçtərəfli görüş mayın 26-da keçiriləcək”, - deyə o vurğulayıb.