APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın yeni seçilmiş prezidenti Dalya Qribauskayte bildirib.
“Bu məsələ bizim şuranın iyun ayında keçiriləcək iclasın gündəmindədir. Heç bir dəyişiklik olmazsa, ümid edirəm ki, saziş iyunda imzalanacaq”, deyə o bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Avropa Birliyi iyunun 27-də Brüsseldə Gürcüstan ilə assosiasiya haqqında sazişi imzalayacaq.