Bakı – APA. Avropa Birliyi Ukraynanın cənubi-şərqində keçirilən referendumların nəticələrini tanımayıb.
APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu bəyanatla Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton çıxış edib.
“Donetsk və Luqansk vilayətlərində keçirilən qondarma referendumlar qeyri-qanunidir. Bu səbəbdən biz onların nəticələrini tanımırıq” – deyə Eşton bildirib.
Qeyd edək ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətlərində regionların statusu barədə referendum baş tutub.