Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqı yenidən Belarus hökumətini ölüm hökmünə moratorium tətbiq etməyə çağırıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici siyasət idarəsinin məlumatında deyilir: “Biz Avropada ən yüksək cəzası tətbiq edən yeganə dövlət olan Belarusu ölüm hökmünə qarşı ümumi moratoriuma qoşulmağa çağırırıq”.
Belarus Baş Prokurorluğunun ötən ilə olan məlumatında son 6 il yarım ərzində 11 ölüm hökmünün tətbiq olunduğu, bu cəza növündən imtina üçün hər hansı səbəb olmadığı qeyd edilib.
“Ölüm hökmü müstəsna hallarda, o cümlədən, qətl törədildikdə tətbiq edilir”, -.deyə prokurorluğun məlumatında bildirilir.