Bank Of Baku

Avropa Şurasında Rusiya nümayəndə heyəti ilə avropalı jurnalistlər arasında qalmaqal yaranıb

Avropa Şurasında Rusiya nümayəndə heyəti ilə avropalı jurnalistlər arasında qalmaqal yaranıb
# 10 aprel 2014 14:35 (UTC +04:00)

APA-nın Avropa müxbirinin məlumatına görə, nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov bu qərardan sonra assambleyada qalmağın mənasız olduğunu bildirərək sessiyanı tərk edəcəklərini söyləyib.

 

Bu il keçiriləcək növbəti iki sessiyada iştirak edib-etməyəcəklərinə toxunan A. Puşkov bu haqda qərarı 2-3 həftə sonra Moskvada verəcəklərini bildirib: “Bizə qarşı belə qərəzli münasibət davam edəcəksə, o zaman biz həmişəlik AŞPA-dan çıxmaq haqqında da qərar verə bilərik. Aydın olan odur ki, burda bizi görmək istəmirlər”.
 

Mətbuat konfransında bəzi jurnalistlərlə rusiyalı deputatlar arasında qalmaqal yaşanıb. Avropalı jurnalistlər rus dilində aparılan brifinqin ingilis və fransız dillərinə tərcümə olunmamasından şikayətləniblər. A. Puşkov isə buna cavab olaraq “biz rus dilində danışacağıq, kim başa düşmürsə, zalı tərk edə bilər”, - deyib. Bu sözlərdən sonra avropalı jurnalistlər mətbuat konfransını tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR