Bank Of Baku

Avropaya gedən miqrantların sayı artıb

Avropaya gedən miqrantların sayı artıb
# 30 may 2014 13:47 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropaya gedən miqrantların sayı artıb.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyinin Sərhəd Agentliyinin hesabatında deyilir.

 

Xüsusilə Şimali Afrikadan dəniz yolu ilə İtaliyaya gələn miqrantların sayında kəskin artım müşahidə olunur.
 

Yanvar - aprel aylarında bu marşrut üzrə 42 min nəfər miqrantın keçdiyi məlum olub. Onlardan 25,6 min nəfər Liviyadan gələnlərdir.

 

Digər marşrutlar vasitəsilə gələn miqrantların sayı azdır – 60 min nəfərdir.
 

Xüsusilə "Ərəb Baharı"ndan sonra Avropaya gələn miqrantların sayında artım müşahidə edilir. Belə ki, ərəb ölkələrindəki inqilablardan sonra Avropaya 140 min nəfər qeyri-qanuni miqrantın gəldiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR