APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, tədbirin keçirilməsinə etiraz edən 6 minə yaxın adam Avstriyanın paytaxtında yürüş keçirib. Nümayişçilər mağazaların vitrinlərini sındırıb, təhlükəsizlik qüvvələrinə yandırıcı maddələrlə doldurulmuş şüşələr atıblar.
Etirazçilarla rəqs gecəsinin qonaqları arasında toqquşmanın qarşısını almaq məqsədi ilə Vyananın tarixi mərkəzi polis tərəfindən mühasirəyə alınıb.