Berlində ötən gün Milad yarmarkasına sürülən yük avtomobilinin sürücüsü olduğu ehtimal edilərək saxlanılan şəxsin hadisəni törətmədiyi məlum olub.
APA-nın məlumatına görə, bu barədə “Welt” qəzeti polisə istinadən xəbər yayıb.
Bildirilir ki, əsl cinayətkar silahlıdır və hələ də azadlıqdadır. Onun hər an yeni cinayət törədəcəyi ehtimal edilir.
Berlin polisi ölkədə terror hadisəsinin baş vermə təhlükəsinin hələ də yüksək olduğunu açıqlayıb. Bildirilir ki, Milad yarmarkaları terrorçuların əsas hədəfi ola bilər.
Xatırladaq ki, ötən gün axşam naməlum şəxs yük maşınını Milad bayramı məqsədi ilə Berlinin mərkəzində təşkil edilmiş yarmarkaya sürüb. Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb.