Bank Of Baku

Böyük Britaniyada təyyarə ilə helikopter toqquşub, ölənlər var - YENİLƏNİB-1

Böyük Britaniyada təyyarə ilə helikopter toqquşub, ölənlər var - <span style="color: red;">YENİLƏNİB-1
# 17 noyabr 2017 21:18 (UTC +04:00)

Böyük Britaniyanın Bakinhempşir qraflığında yüngülmotorlu təyyarə və helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi Rebekka Mirs bildirib.

 

“Qəza nəticəsində 4 nəfər ölüb – 2 nəfər helikopterdə, daha 2 nəfər təyyarədə. Ölən şəxslərin adları bir az sonra açıqlanacaq. Hadisənin səbəbləri araşdırılır”, deyə R.Mirs qeyd edib. 

 

***

 

23:22

 

Böyük Britaniyada təyyarə və helikopterin toqquşması nəticəsində 3 nəfər ölüb.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, qəza zamanı təyyarənin pilotu və helikopterdə olan 2 nəfər həyatını itirib.

 

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

 

***

 

22:50

 

Böyük Britaniyanın Eylsberi şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ilə helikopter toqquşub.

 

APA-nın xəbərinə görə, bu barədə “The Guardian” məlumat verib.

 

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

 

Ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. Qəzanın səbəbləri müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR